Abid Şərifovun səhhəti yenidən pisləşdi

Abid Şərifovun səhhəti yenidən pisləşdi

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti yenidən pisləşib.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, səhhətində problem yaranan A.Şərifov paytaxta yerləşən xəstəxanalardan birinə müraciət edib.

Məsələ ilə bağlı açıqlama verən sabiq baş nazirin müavini hansı xəstəxanada olduğu barədə məlumat verməsə də, həkimdə olduğunu təsdiqləyib. O, bildirib ki, müayinə olunduğu üçün çox danışa bilmir.

Qeyd edək ki, 79 yaşlı Abid Şərifov ürəyində problem yaranması səbəbindən İsraildə müalicə olunub. Onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirilmişdi. Sabiq baş nazir müavini orada əməliyyat keçirmişdi.

XƏBƏRLƏR
BLOGLAR