Dünya 12:06 14.12.2018

Abort qanunu İrlandiya parlamentindən keçdi

İrlandiyada referendumla qəbul edilən abort qanunu parlament tərəfindən təsdiq edilib.

Qaynarinfo xəbər verir ki, may ayında keçirilən referendumda seçicilərin 66,4%-i aborta "Hə" demişdi. 

Qanun prezident Maykl D Higgins tərəfindən təsdiq ediləndən sonra yanvar ayından etibarən qüvvəyə minəcək. 

Qeyd edək ki, İrlandiyada aborta görə 14 il həbs cəzası nəzərdə tutulurdu. 1970-ci ildən bəri 170 min irlandiyalı qadın abort üçün İngiltərəyə gedib. 6 il əvvəl Savita Halappanavar adlı qadın ağrılarına görə abort üçün müraciət etmiş və rədd cavabı almışdı. Qadının hamiləlik dövründə ölməsi abortun leqallaşdırılması istiqamətində kampaniyaların kütləviləşməsinə səbəb oldu.

Gülşən