Dünya 11:45 13.09.2019

ABŞ 11 Sentyabrın günahkarının adını açmağa məcbur oldu

ABŞ Ədliyyə Nazirliyi 11 Sentyabr terrorunda günahkar bilinən Səudiyyə ərəbistanlı rəsminin adını açıqlayacaq.

Qaynarinfo Al Jazeera-yə istinadən xəbər verir ki, ABŞ rəsmiləri həmin şəxsin adını yalnız qurbanların yaxınlarının vəkilləri ilə bölüşəcək. 

İttiham edilən rəsminin adının ictimaiyyətə açıqlanması barədə isə məlumat verilməyib.

Qeyd edək ki, ötən aylarda 3 minə yaxın qurbanın ailəsi Prezident Donald Trampdan günahkarın adının açıqlanmasını tələb etmişdi.

Gülşən