Ekonomiks 12:28 22.06.2019

ABŞ 5 Çin şirkətini "qara siyahı"ya saldı

ABŞ-ın Ticarət Nazirliyi Çinin 5 şirkətini "qara siyahı”ya salıb. 

Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, "Higon”, Sugon”, "Chengdu Haiguang Integrated Circuit” kimi nəhəng şirkətlər də siyahıya daxil edilib. 

Onlara ABŞ məhsulları almaq qadağan edilib. Sanksiya siyahısına daxil edilən şirkətlər sürətli kompüter hesablamaları sahəsi üzrə liderdir.