Dünya 12:20 25.02.2020

ABŞ administrasiyası koronavirusla mübarizə üçün 2,5 milyard dollar istəyəcək

ABŞ administrasiyasının yeni növ koronavirusla mübarizə aparmaq üçün Konqresdən 2,5 milyard dollar tələb edəcəyi bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Politico qəzeti hakimiyyət daxilindəki mənbələrə istinadən məlumat yayıb. ABŞ qanunverici orqanının 24 fevralda əlavə büdcə tələbi aldığı qeyd olunub.

Vəsaitin 1,5 milyard dolları epidemiyaya qarşı, 1 milyardı isə vaksinin tapılmasına xərclənəcək.

Hazırda ABŞ-da koronavirusa yoluxanların sayı 14 nəfərdir. Bundan başqa isə 39 nəfər xarici ölkələrdən gələnlərdir ki, onlar da karantin altına alınıblar.

Camal