Dünya 10:46 11.06.2019

ABŞ Assancın ekstradisiyası üçün Londona rəsmi sorğu göndərdi

ABŞ "WikiLeaks"in qurucusu Culian Assancın ekstradisiyası üçün Böyük Britaniyaya rəsmi sorğu göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb. Rəsmi Vaşinqton rəsmi Londonun Assancın həbsindən sonra 60 gün ərzində ekstradisiya edilməli olduğunu bildirir.

Qeyd edək ki, Assanc 11 apreldə Londonda yerləşən Ekvador səfirliyindən çıxarılıb və həbs edilib. "WikiLeaks" qurucusuna müxtəlif ittihamlar irəli sürən ABŞ və İsveç Assancın təhvil verilməsini istəyir. 

Culian Assanc ABŞ-a göndərilsə, o, ölüm hökmü ilə üzləşə bilər.

Gülşən