Dünya 23:40 31.03.2018

ABŞ bayrağı Peterburqdakı Baş konsulluğun binasından çıxarıldı

ABŞ-ın dövlət bayrağı Rusiyanın Sankt-Peterburq şəhərindəki Amerika Baş konsulluğunun binasından çıxarılıb.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, yerli vaxtla saat 19:25-də iki diplomat Furştatski küçəsində yerləşən konsulluq binasının 3-cü mərtəbəsinə qalxaraq bayrağı çıxarıb.

Bundan əvvəl bildirilib ki, ABŞ Baş konsulluğunun binasından mebel və qutular daşınmağa başlanıb. Eyni zamanda, konsulluq ərazisindən ilk diplomatik qeydiyyat nişanlı avtomobillər çıxıb.

Xatırladaq ki, martın 29-da xarici işlər naziri Sergey Lavrov diplomatik korpusun 60 əməkdaşının həftə ərzində Rusiya ərazisini tərk etməli olduğunu bəyan etmişdi.