Dünya 11:03 19.12.2017

ABŞ BMT-nin Qüds qərarı barədə veto verdi

BMT Təhlükəsizlik Şurası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasını etibarsız elan edən qərar qəbul edib, ABŞ isə bu qərar barədə veto verdi.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Misir tərəfindən təklif edilən Qüds məsələsinə Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü müsbət cavab verib. Bu qərara ABŞ-ın cavabı isə gecikməyib. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın BMT-dəki daimi təmsilçisi Niki Heyliyə qərara görə təşəkkür ünvanlayıb. 

Fələstin hökümətinin sözçüsü Nabil Əbu Rudeynə ABŞ-ın veto qərarı barədə danışaraq bunu beynəlxalq arenaya hörmətsizlik kimi qiymətləndirib və ABŞ-ın tənhalığının artacağını, addımın qarşıdurmalara səbəb ola biləcəyini qeyd edib. 

Gülşən