Dünya 11:47 12.09.2020

ABŞ bombardmançıları Rusiya sərhədlərinə yaxınlaşdı

Rusiyanın Arktikadakı sərhədləri yaxınlığında üç Amerikan B-1B strateji bombardmançı təyyarəsi görünüb. 

Qaynarinfo xəbər verir ki, ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının mətbuat xidmətinin agentliyin saytında bildirildiyi kimi, təyyarələr Rusiyanın 
Vrangel adası və Şərqi Sibir dənizindəki Yeni Sibir adaları yaxınlığında uçublar.

Uçuşlar 14 saat davam edib, təyyarələr ümumilikdə 6,9 min km uçub, sonra Alyaskada Fairbanks yaxınlığındakı Eilson Hava Qüvvələri bazasına qayıdıb. 

Mesajda deyilir ki, bombardmançılar Avropaya planlaşdırılan transfer üçün hazırlaşırlar.

Alpər