Dünya 11:58 11.09.2018

ABŞ-da 1 milyon nəfər evakuasiya edilir

ABŞ-ın şərq sahillərində təsirini göstərəcək Florens qasırğası üçün hazırlıqlar davam etdirilir.

Qaynarinfo xəbər verir ki, ölkənin şərq sahillərində müşahidə edilən ən güclü qasırğaya çevrilmə ehtimalı olan Florens səbəbilə 1 milyon vətəndaşın evakuasiyası barədə qərar verilib. Şimali Karolina və Virciniya ştatlarında artıq fövqəladə vəziyyət elan edilib. Qasırğa sahilə yaxınlaşdıqca sürətinin 200 km-ə, təhlükə səviyyəsinin 4-cü kateqoriyaya çatması gözlənilir. 

1989-cu ildə Şimali Karolinada müşahidə edilən Huqo qasırğası 7 milyard zərərə və 49 nəfərin ölümünə səbəb olmuşdu. Florens Huqodan bəri ərazidə təsirini göstərən ən güclü qasırğa olacaq. 

Gülşən