Dünya 13:59 15.07.2020

ABŞ-da 17 illik fasilədən sonra ilk dəfə məhkum edam edildi

ABŞ-da 17 illik fasilədən sonra 28 avqusta qədər fərqli günlərdə edam ediləcək olan 4 federal məhkumdan birinin cəzası icra edilib.

Qaynarinfo xəbər verir ki, məhkum Daniel Levis Li zəhərli iynə ilə ödürülüb. O, 1996-cı ildə aralarında 8 yaşlı bir uşağın da olduğu 3 nəfərlik ailəni öldürməkdə ittiham olunurdu. Edam zamanı Levis "Siz günahsız bir adamı öldürürsünüz" ifadəsini işlədib:

"Mən bunu etmədim. Həyatımda çox səhv etdim, amma qatil deyiləm".

Digər tərəfdən qurbanların yaxınları edamı dəstəkləmədiklərini ifadə edərək, bunun yerinə ömürlük həbs cəzası çəkməsinin tərəfdarı olduqlarını bildiriblər.

Camal