Dünya 15:01 11.01.2022

ABŞ-da 57 yaşlı kişiyə donuz ürəyi köçürüldü – Elmdə ilk (FOTO)

Ürək xəstəliyi kəskin şəkildə ağırlaşan 57 yaşlı Amerikalı kişiyə genetik kodu dəyişdirilmiş donuzun ürəyi transplantasiya edilib.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı New York Times yayıb.
 
Cümə günü Baltimorda səkkiz saat davam edən bu əməliyyatdan sonra Merilend Universiteti Tibb Mərkəzinin cərrahlarının dediyinə görə, xəstənin - Merilend ştatından olan David Bennettin durumu bazar ertəsi yaxşı olub.

Əməliyyatı həyata keçirən tibb mərkəzində ürək transplantasiyası proqramının direktoru doktor Bartley Griffith deyib: 

"Köçürülən ürək nəbzi yaradır, təzyiq yaradır. Bu, onun ürəyidir, İşləyir. Həyəcanlıyıq, amma sabahın bizə nə gətirəcəyini bilmirik. Belə bir əməliyyat ilk dəfədir keçirilir”.
 
Alpər