Foto 09:51 19.12.2017

ABŞ-da dəhşətli qatar qəzası: 6 ölü, 79 yaralı (FOTO)

ABŞ-ın Vaşinqton ştatında sürətli qatar relsdən çıxıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qatar körpüdən keçərkən baş verən qəzada 6 nəfər ölüb, 79 nəfər yaralanıb. 

Vaşinqton Ştatı Əlaqə Departamentindən verilən açıqlamada qeyd edilib ki, "Amtrak" adlı firmaya aid sərnişin qatarı relsdən çıxıb və "I-5" avtomobil yoluna girib. Qəzadan sonra yol nəqliyyata bağlanıb.

Gülşən