Dünya 12:19 14.08.2017

ABŞ-da etiraz aksiyalarının miqyası genişlənir: Hədəfdə Tramp da var (FOTO)

ABŞ-da fövqəladə vəziyyət elan edilən Virciniya əyalətində Şarlotsvil ərazisindəki irqçi aksiyalar ölkənin bir çox yerində etirazla qarşılanıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, etiraz askiyaları Nyu York, Los Anceles, Denver, Setl, San Fransisko və Çikaqoda keçirilir. Aksiyaların hədəfində Ku Kluks  Klan, neo-faşist və digər irqçi qruplar var. Times meydanında toplaşan etirazçılar "Trump Tower" binasına qədər yeriyib və "Ku Kluks Klana yox, faşist Amerikaya yox, Trampa yox" şüarları səsləndiriblər. Binanın yaxınlığında 3 nəfər polis tərəfindən həbs edilib. Nümayiş iştirakçıları bu aksiyaların davam edəcəyini bildirib.

Qeyd edək ki, dünən irqçi qrup əleyhinə etiraz askiyası keçirən insanların üzərinə maşın sürülmüş, hadisə nəticəsində 1 nəfər ölmüş, 19 nəfər dünyasını dəyişmişdi. Bundan sonra ölkə ərazisində etirazlar daha da şiddətləndi.

Gülşən

Qaynarinfo.Az