Dünya 11:23 02.06.2020

ABŞ-da hərbi bazaya hücum: 2 əsgər öldürüldü

ABŞ-ın Şimali Dakota ştatında Grand Forks Hava Qüvvələri bazasına hücum olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində növbədə olan 2 əsgər öldürülüb. Hərbi bazadan verilən yazılı açıqlamada saat 04.30 radələrində vəziyyətin nəzarət altına alındığı, şəxsi heyətin təhlükəsizliyinin təmin edildiyi və istintaq başladıldığı qeyd olunub.

Təhqiqat davam etdiyi üçün həyatını itirən hərbçilərin adlarının 24 saat sonra açıqlanacağını bildirilib.

Hücumun haradan və kimlər tərəfindən edildiyinə dair isə hələlik bir məlumat verilməyib.

Sözügedən baza hər cür hava şəraitində gecə və gündüz yüksək keyfiyyətli hava kəşfiyyatını təmin edən RQ-4 Global Hawk dronlarının mərkəzi kimi fəaliyyət göstərir.

Camal