Dünya 10:31 22.12.2018

ABŞ-da hökumət 3-cü dəfə bağlandı

ABŞ hökuməti fəaliyyətini qismən dayandırıb.

Qaynarinfo xəbər verir ki, Konqres və Ağ Ev büdcə məsələsində razılığa gələ bilmir. Belə ki, Demokratlar Partiyasının üzvləri Meksika ilə sərhəddə tikintisi nəzərdə tutulan anti-miqrant divarı üçün vəsait ayrılmasına etiraz edir. Prezident Donald Tramp isə bu layihə üçün maliyyənin nəzərdə tutulmadığı büdcəni imzalamayacağını açıqlayıb. Hökumət fəaliyyətini dayandırdığı üçün milyonlarla dövlət işçisi ödənişsiz işləməli olacaq və ya məcburi tətilə göndəriləcək.

ABŞ müdafiə, səhiyyə, iş və təhsil nazirliklərinin 854 milyard dollarlıq büdcəsi sentyabr ayında qüvvəyə mindiyi üçün prosesin təsirinə məruz qalmayacaq.

Qeyd edək ki, hökumət bu il ərzində 3-cü dəfə bağlanıb. Daha əvvəl 20-23 yanvar və 9 fevral tarixlərində hökumət fəaliyyətini dayandırıb.

Gülşən