Nüfuzlu "Albert Eynşteyn" klinikası koronavirusun təyin edilməsi üçün dünyada ilk genetik test hazırlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS yerli mətbuata istinadən məlumat yayıb.
Bildirilir ki, testin istifadəsinə iyundan etibarən başlanalacaq. Təhlil artıq ABŞ-da patentləşdirilib.
Alimlərin 100% dəqiqliyə sahib olduğunu söylədiyi test kütləvi diaqnostika üçün uyğunlaşdırılıb: eyni vaxtda 1536 nümunə müayinə edilə bilər ki, bu da standart PCR testindən 16 dəfə yüksəkdir. Belə bir genetik test ilk dəfə görünür.
Tədqiqat üçün tüpürcək və ya nazofarengeal sekresiyalar alınacaq. Bu testlər DNT-nin kiçik hissələrini təhlil edərək koronavirusun mümkün olmasını müəyyənləşdirir. SARS-CoV-2-ni tanımaq üçün bu metod RNT ilə işləmək üçün uyğunlaşdırılıb.
Alpər
Şərhlər