Dünya 20:20 05.08.2017

ABŞ-da məscid yaxınlığında partlayış olub

ABŞ-ın Minneapolis şəhərində məscid yaxınlığında partlayış olub.

"Qaynarinfo" xarici mətbuata istinadən xəbər verir ki, insident şəhərin ətrafındakı Bluminqton rayonunda baş verib.

Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə xəbər verilmir.

Federal Təhqiqatlar Bürosu (FTB) hadisənin səbəblərini araşdırmağa başlayıb. 

Qaynarinfo.Az