Foto 12:00 15.04.2019

ABŞ-da qasırğa 8 nəfərin həyatına son qoydu (FOTOLAR)

ABŞ-ın Texas, Missisipi, Luiziana, Arkanzas və Corciya ştatlarında müşahidə edilən qasırğa və güclü yağış 3-ü uşaq olmaqla 8 nəfərin həyatına son qoyub.

Qaynarinfo xəbər verir ki, təbii fəlakət 10-larla insanın yaralanmasına səbəb olub. 100 mindən çox evə elektrik verilişi dayanıb. 

Ştatlarda küləyin sürətinin 225 km-ə çatdığı bildirilir. 

Gülşən