Dünya 18:36 14.04.2019

ABŞ-da qasırğa qurbanlarının sayı artır

ABŞ-ın Texas və Missisipi ştatlarında 4 nəfər qasırğanın qurbanına çevrilib.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, Texasda avtomobil üzərinə düşən ağac ana və 2 azyaşlının həyatına son qoyub. Missisipidə isə 1 nəfər həlak olub. Qasırğa nəticəsində 25 nəfər yaralanıb. 

Təbii fəlakət 150 mindən çox evi işıqsız qoyub.

Gülşən