Dünya 17:09 04.02.2018

ABŞ-da qatar qəzası: ölənlər və çox sayda yaralı var

ABŞ-ın Cənubi Karolina ştatında sərnişin qatarı ilə yük qatarı toqquşub.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Amtrak sərnişindaşıma şirkəti məsələ ilə bağlı məlumat verərək hadisənin Nyu Yorkdan Mayamiyə səfər edən qatarda baş verdiyini bildirib. Nəticədə 2 nəfər ölüb, azı 70 insan yaralanıb.

Şirkət sərnişin qatarında 139 sərnişin və 7 ekipaj üzvünün olduğunu bildirir. Yük qatarında neçə nəfərin olması barədə informasiya yoxdur.

Gülşən