Foto 10:24 31.01.2019

ABŞ-da şiddətli soyuqlar: 8 nəfər öldü (FOTOLAR)

ABŞ-da soyuq hava şəraiti 8 nəfərin həyatına son qoyub.

Qaynarinfo USA Today-ə istinadən xəbər verir ki, Şimali Dakotada -24, Minnesotada -18, Çikaqoda -17 dərəcə şaxta qeydə alınıb. Şiddətli soyuqlar səbəbilə əhaliyə xəbərdarlıq edilib. Ölkədə ümumilikdə 2 minə yaxın təyyarə reysi, çox sayda qatar səfəri təxirə salınıb. 

Gülşən