Foto 12:37 25.03.2018

ABŞ-da silahlanmaya qarşı aksiya: minlərlə insan küçələrə çıxdı (FOTOLAR)

ABŞ-ın Nyu York şəhərində minlərlə insan silahlanma əleyhinə etiraz aksiyası keçirib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Floridada yerləşən məktəbə təşkil edilən və 17 nəfərin öldüyü silahlı hücumdan sonra ölkədə silah qanunu ilə əlaqədar mübahisələr yenidən alovlanıb. Xüsusilə tələbələrin iştirak etdiyi aksiyalarda silah əleyhinə şüarlar səsləndirilib, prezident Donald Tramp və ABŞ konqresindən qanuna dəyişiklik etmək tələb olunub. 

Ölkənin bir çox ərazilərindən təşkil olunan nümayişlərin mərkəzi Vaşinqton hesab olunur və burada yarım milyon insanın iştirakı gözlənilir.

Qeyd edək ki, "Beatles" qrupunun üzvü Paul Makkartni də məsələ ilə bağlı mövqeyini göstərib. O, qrupun digər üzvü Con Lennonun Nyu Yorkda qaldığı otelin qarşısında üstündə "Silah dəhşətinə son verə bilərik" yazılmış köynək geyinərək aksiyaya dəstək verib. Con Lennon 1980-ci ildə silah hücumu nəticəsində pərəstişkarı tərəfindən qətlə yetirilib.

Gülşən