Foto 19:31 27.10.2018

ABŞ-da sinaqoqda atışma: 8 nəfər öldürüldü (FOTO/VİDEO)

ABŞ-da sinaqoqda atışma olub.

Qaynarinfo xəbər verir ki, hadisə Pensilvaniya ştatının Pittsburq şəhərində baş verib. 

Atışma zamanı azı 8 nəfər ölüb. Məlumata görə, polis silahlı insidentin baş verdiyini təsdiq edib. Hadisə yerinə gələn polis dəstələri atəşə tutulub və maşınların arxasında gizlənməli olublar.