Dünya 21:33 25.03.2018

ABŞ-da təcavüzün dəhşətli statistikası

ABŞ İnkişaf Etmiş Ölkələr arasında uşaq istismarı və təcavüzə görə liderdir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Milli Gizlilik və Cinsi Zorakılıq Araşdırmasına görə, ABŞ-da 22 milyondan çox qadın həyatında azı 1 dəfə təcavüzə məruz qalıb. Hər il 1 milyon 270 min qadın təcavüzə uğrayır. Bu tip zorakılıqla üzləşən qadınların 12,3%-nin yaşı 12-dən az, 29,9%-nin isə yaşı 12-17 aralığındadır. ABŞ-da məktəbli qızların 8%-i istəmədikləri cinsi akta zorlanırlar. Təcavüzə uğrayanlara qarşı bu hərəkət 34,2% halda ailə üzvləri, 58,7% halda isə tanıdığı şəxslər tərəfindən edilir.

Cinayətkarların 6%-i polis şöbəsində yalnızca 1 gecə keçirir, 16 nəfərdən 15-i isə dərhal azadlığa buraxılır. 

ABŞ-da polisinin zorakılıq faizi isə təhlükəli həddədir. 2017-ci ilin sadəcə 14 günü hansısa insan polis tərəfindən öldürülməyib. Ötən il 129 min nəfər polis tərəfindən qətlə yetirilib.

Digər təhlükəli statistika uşaq nikahlarının sayıdır. ABŞ-da son 15 ildə 200 mindən çox azyaşlı evlənib.

Gülşən