Video 11:16 04.02.2019

ABŞ-da təyyarə evin üstünə düşdü: azı 5 nəfər ölüb (VİDEO)

ABŞ-ın Kaliforniya ştatında iki motorlu Cessna 414A model təyyarə evə düşüb.

Qaynarinfo CBC News-a istinadən xəbər verir ki, hadisə nəticəsində binada olan azı 5 nəfər ölüb, 2 nəfər isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ölənlərdən biri təyyarənin pilotu, digər 4 nəfər isə evdə yaşayanlar olub. 

Təyyarə təxminən 20 kilometr uzaqlıqda yerləşən hava limanından uçub. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb.