Foto 13:45 08.06.2018

ABŞ-da uşaqların saxlandığı düşərgə tapıldı: dəhşətli görüntülər (FOTOLAR)

ABŞ-ın Arizona ştatında evsiz qalan qazilərə yardım edən bir təşkilat uşaq alverçilərinin istifadə etdiyi bir pedofil düşərgəsini aşkara çıxardıb.

Qaynarinfo xəbər verir ki, meşəlik ərazidə bir maşın təkərinin arxasında tunelin olduğunu görən könüllülər düşərgənin tək girişi olan bu dələyin arxasına keçməyi bacarıbla və dəhşətə düşüblər. 

Ərafda yaşayış üçün lazım olan əşyalar tapan könüllülər əvvəlcə hara gəldiklərini başa düşməyiblər. Amma düşərgənin dərinliklərinə getdikcə hər şey aydınlaşıb. Onlar bir çox ağaca bağlanmış kəmərlər və qırmanclar görüblər. Məlum olub ki, bura uşaq alverçilərinin istifadə etdiyi seksual düşərədir.

Bir ağacın üzərinə yazılmış qız adını görən könüllülər şübhələrinin haqlı olduğunu anlayıblar. Ətrafda tibbi ləvazimatların olduğu düşərgədə uşaqlar əvvəlcə müayinədən keçirilir, sonra isə seks köləsi olaraq satılır.

Düşərgəyə gələn sənədli film prodüseri Krayq Savyerin fikrincə, bura bi neçə həftə əvvələ qədər istifadə edilib. Onun iddiasının səbəbi isə düşərgədəki qida məhsullarının təzə olmasıdır. 

Düşərgədə çox sayda kosimetka məhsulları da tapılıb. Sarı və qırmızı saç boyaları ilə makiaj məhsulları və uşaq əyninə böyük geyimləri tapılan sübutlar arasındadır. Eyni zamanda düşərgədə porno filmlər və seks üçün lazım olan digər ləvazimatlar aşkarlanıb.