Foto 16:32 22.10.2018

ABŞ-dakı qasırğa 119 il əvvəl batan gəmiləri üzə çıxardı (FOTOLAR)

ABŞ-da müşahidə edilən Maykl qasırğası 119 il əvvəl batan gəmiləri üzə çıxarıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qasırğadan sonra sahildə üzə çıxa 15 gəminin 1899-cu ildə Floridada baş verən Karabella qasırğasından sonra batdığı müəyyənləşdirilib. Florida ştat departamentində gəmilərlə bağlı sənədlər mövcuddur. Maliyyə problemləri səbəbilə ərazidə arxeoloji araşdırma aparılmayıb və gəmilər bu səbəbdən aşkarlanmayıb. 

Qeyd edək ki, 1 həftə əvvəl müşahidə edilən Maykl qasırğası Virciniya, Florida, Şimali Karolina, Corciyada 19 nəfər həyatına son qoymuşdu.

Gülşən