Ekonomiks 14:17 10.05.2019

ABŞ-dan Çinə 25%-lik gömrük vergisi

ABŞ və Çin arasında iqtisadi müharibə yenidən gərginləşir.

Qaynarinfo xəbər verir ki, ABŞ 200 milyard dollarlıq Çin məhsuluna tətbiq edilən 10% gömrük vergisini 25%-ə yüksəldib. Rəsmi Vaşinqton addımı Çinlə davam edən iqtisadi danışıqlarda irəliləyiş əldə edilməməsi ilə əsaslandırıb. Rəsmi Pekin isə bu qərara görə təəssüf hissi keçirdiyini və lazımi cavabın veriləcəyini bəyan edib. 

Gülşən