Dünya 19:00 02.06.2019

ABŞ-dan İrana yaşıl işıq

ABŞ Dövlət Katibi Mayk Pompeo İran rəsmiləri ilə görüşə hazır olduqlarını dilə gətirib.

Qaynarinfo xəbər verir ki, İsveçrə səfəri zamanı açıqlama verən Pompeonun sözlərinə görə, İran normal addımlar atsa, ABŞ qeyd-şərtsiz görüşə hazırdır. Dövlət Katibi həmçinin İranın sərvətlərinin xalq üçün xərclənməsinin vacibliyini vurğulayaraq bu ölkənin Yaxın Şərqdə davam etdirdiyi hərbi fəaliyyətini tənqid edib.

Mayk Pompeo həmçinin İrana qarşı təzyiqlərin davam edəcəyini vurğulayıb.

Gülşən