Dünya 09:47 04.03.2020

ABŞ-dan İsrailə 2,4 milyardlıq satış

ABŞ Dövlət Departamenti İsrailə 2,4 milyard dollarlıq yük təyyarəsi, Mərakeşə isə 239 milyon dollar dəyərində ağır hərbi iş texnikasının satışına icazə verib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb. Açıqlama qeyd olunub ki, İsrailə 8 ədəd KC-46 tipli təyyarə, Mərakeşə də 25 ədəd "HERCULES" adı ilə tanınan M88-A texnikası satılacaq.

ABŞ Konqresi etiraz etməsə, satış prosesi 1 ay ərzində tamamlanacaq.
 
Camal