Dünya 10:40 30.09.2020

ABŞ-dan Rusiyaya daha bir zərbə: Yeni qanun layihəsi hazırlanır

ABŞ senatorları Con Barrasso və Martin Heinrik ən azı 2040-a qədər Rusiyadan uran idxalını məhdudlaşdırmaq üçün hazırlanmış qanun layihəsini Konqresə təqdim edib.


Qaynarinfo xəbər verir ki, RT bu barədə "Rusiya Federasiyasından uran idxalına dair məhdudiyyətlərin uzadılması və genişləndirilməsi haqqında Qanuna" istinad edərək yazır.


Vayominqdən olan senator Con Barrasso qeyd edib ki, Rusiyadan alınan ucuz nüvə yanacağı bu mənbənin ABŞ-da istehsalını "zədələyir". Qanunvericiyə görə, Rusiya urandan "geosiyasi silah" kimi istifadə edir. Barrasso bunun ABŞ-ın həm enerji, həm də milli təhlükəsizliyi üçün bir təhlükə olduğunu söyləyib.


Senatorlar Rusiyanın aşağı zənginləşdirilmiş uran tədarükü üçün kvota həcmini 2021-ci ildə 595,7 tondan 2040-cı ilədək 267,7 tona qədər azaltmaq təşəbbüsü ilə çıxış ediblər.


Buna görə ABŞ qanunvericiləri kritik milli təhlükəsizlik maraqlarını qorumaq üçün uran idxalından asılılığı azaltmaq istəyirlər.

 

Alpər