Dünya 15:47 09.04.2019

ABŞ-dan Səudiyyə barədə sanksiya qərarı

ABŞ Səudiyyə Ərəbistanına qarşı sanksiya barədə qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Katibi Mayk Pompeo məlumat verib. Qərara görə, 16 Səudiyyə vətəndaşının ABŞ-a girişinə qadağa qoyulub. Sanksiya siyahısında Vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın keçmiş məsləhətçisi Suud Əl Kahtani də yer alıb. 

Sanksiyanın səbəbi kimi insan haqlarının pozulması və korrupsiya halları göstərilib.

Gülşən