Dünya 11:50 10.12.2013

ABŞ-dan Ukraynaya ÇAĞIRIŞ


ABŞ vitse-prezidenti Co Bayden Ukrayna prezidenti Viktor Yanukoviçə zəng edib.

Qaynar.info
xəbər verir ki, Yanukoviçlə danışan Bayden ölkədəki siyasi gərginliyin sona çatdırılması üçün hakimiyyətin müxalifətlə danışıqlara getməsini istəyib.

Bayden Ukraynada baş verənlərdən və getdikcə artan gərginlikdən narahat olduğunu, bunun sona çatması üçün dərhal bütün tədbirlərin görülməsini tapşırıb.

ABŞ vitse-prezidenti demokratik cəmiyyətdə gərginliyə yer olmadığını deyərək bununla ABŞ və Ukrayna arasındakı strateji əməkdaşlıq münasibətlərinin bir-birindən fərqli olduğunu vurğulayıb.

Bayden ABŞ-ın Ukraynanın avropameyilli seçki keçirmək istəklərini də dəstəkləyəcəyini bildirib.

Qaynar.info