Dünya 16:31 14.04.2018

ABŞ-dan yeni bombardman mesajı: "Bu günlük bitdi"

ABŞ Suriyaya hücum barədə növbəti açıqlama ilə çıxış edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında Suriyanın Dəməşq və Humusdakı hərbi bazalar, həmçinin digər ərazilər ABŞ, İngiltərə və Fransa tərəfindən vurulmuşdu. 

Pentaqon hücumların bu günlük bitdiyini bildirərək Suriyanın yenidən vurulacağı barədə mesaj verib.

Qeyd edək ki, 3 ölkə Suriyanın Duma şəhərində kimyəvi silah istifadəsini iddia edir və buna görə Rusiya və Suriyanı günahlandırır.

Gülşən