Siyasət 13:29 26.02.2013

ABŞ dövlət katibi Qarabağdan danışdı

“Biz Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo vəziyyəti ilə razılaşa bilmərik, münaqişənin sülh yolu ilə nizamlanması prosesində tərəqqiyə nail olmaq üçün münasib andan istifadə etmək lazımdır”.

APA-nın yaydığı məlumata görə, bu fikirlər ABŞ-ın dövlət katibi Con Kerrinin yenidən prezident seçilməsi münasibətilə Serj Sərksiyana göndərdiyi təbrik məktubunda yer alıb.

Məktubda qeyd olunur ki, ABŞ əvvəlki tək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarını tapmağa çalışır: “Sizdən bundan sonra da ATƏT-in Minsk Qrupuna tam dəstək verməyinizi xahiş edirəm”.

Qaynar.info