Dünya 11:24 25.01.2020

ABŞ Əfqanıstana 60 milyon dollarlıq yardımı bərpa etdi

Vaşinqton Kabilə dondurulmuş 60 milyon dollar məbləğində maliyyə yardımını bərpa edib. 

Qaynarinfo xəbər verir ki, bu haqda ABŞ Dövlət katibinin Cənubi və Orta Asiya üzrə köməkçisi Elis Vells cümə günü media nümayəndələrinə açıqlamasında deyib. ABŞ rəhbərliyi öz qərarını Əfqanıstan hakimiyyətinin korrupsiyaya qarşı mübarizədəki müvəffəqiyyəti ilə izah edərək verdiyini açıqlayıb. 

"Mən şadam ki, Dövlət katibinin diqqət çəkdiyi bir sahədə Əfqanıstan hökuməti tərəfindən irəliləyiş gördük və 60 milyon dollar həcmində yardım ayıra bildik", - xarici işlər idarəsinin mətbuat xidmətindən verilən açıqlamada deyilir.