Dünya 10:09 10.07.2020

ABŞ Ermənistanı korrupsiyadan xilas etməyə gəlir

ABŞ Dövlət Departamenti Ermənistan hökumətinə korrupsiyaya qarşı mübarizədə kömək etmək üçün bir mütəxəssis işə götürmək niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, həmin şəxs respublikanın Ədliyyə Nazirliyi ilə qarşılıqlı əlaqə quracaq və islahatların təşviqinə çalışacaq.

Göstərildiyi kimi, məsləhətçi Ermənistan hökumətinə yeni antikorrupsiya komitəsi də daxil olmaqla antikorrupsiya orqanlarının yaradılmasına dəstək verəcək və effektivliyini artıracaq. Müqavilədə deyilir ki, bu qurumlar korrupsiya hallarını araşdıracaq və korrupsioner vəzifəli şəxsləri məsuliyyətə cəlb edəcəklər.

Mütəxəssis, eyni zamanda, Ermənistan hakimiyyət orqanlarına hüquq-mühafizə islahatlarının həyata keçirilməsi ilə bağlı məsləhət verəcək. Müşavir təhsil turları, təhqiqatçılar üçün təlimlərin təşkili və ABŞ tərəfindən maliyyələşdirilən layihələrin idarə edilməsinə cavabdeh olacaq.
 
Alpər