Video 09:41 31.10.2019

ABŞ görüntüləri yaymağa məcbur oldu: Bağdadi belə məhv edilib (VİDEO)

Pentaqon Suriyanın İdlib əyalətində İŞİD lideri Əbubəkr əl-Bağdadini məhv etmək üçün Amerika xüsusi təyinatlı qüvvələrinin keçirdiyi xüsusi əməliyyatın görüntülərini yayımlayıb. 

Qaynarinfo kp.ru-ya istinadla xəbər verir ki, foto və videolar ABŞ Müdafiə Nazirliyinin Ağ Evdəki mətbuat konfransı zamanı nümayiş etdirilib.

Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəisi general-leytenant Kennet Makkenzi tərəfindən göstərilən qısa videogörüntüdə xüsusi təyinatlı döyüşçülərin islamçı liderin olduğu yerin hər iki tərəfdən binanı necə mühasirəyə aldığını görmək olar.

Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp amerikalıların İŞİD liderini məhv etməyə müvəffəq olduqlarını elan edib, eyni zamanda, Rusiya, Türkiyə, Suriya və İraqa terrorçunu aradan götürməkdə göstərdikləri köməyə görə təşəkkürünü bildirib. Bununla belə, Bağdadinin ölümünə dair heç bir dəlil yoxdur.
 
Alpər