Dünya 15:33 09.04.2021

ABŞ hərbi gəmiləri Qara dənizə yola düşür: Türkiyəyə bildiriş göndərildi

ABŞ Ankaraya hərbi gəmilərindən ikisinin gələn həftə Boğazdan keçərək Qara dənizə gedəcəyini bildirib. Qaynarinfo xəbər verir ki, bu barədə NTV kanalının məlumatında deyilir.

Bildiriş Boğazın və Çanaqqalanın statusu haqqında Montrö Konvensiyasına uyğun olaraq göndərilib.

Daha əvvəl xəbər verildiyi kimi, NATO üzvü olan ölkələr Qara dənizdəki hərbi varlıqlarını artırırlar. Mart ayında ABŞ Hərbi Dəniz Qüvvələrinin bir raket kreyseri və esminesi Bosfor və Çanaqqala boğazından keçib. Bundan əvvəl, İspaniya Donanmasının iki raket gəmisi və Türkiyə və Rumıniya donanmalarının gəmilərindən bir müttəfiq NATO eskadrilyası da Qara dənizə girmişdi.

Hərbi ekspert Oleksiy Valyujeniç MK-ya verdiyi müsahibədə deyib ki, ABŞ və müttəfiqlərinin hərəkətlərinin yeganə hədəfi - Ukraynanı açıq hərbi əməliyyatlara sövq etməkdir.
 
Alpər