Dünya 10:24 16.03.2018

ABŞ hərbi helikopteri İraqda qəzaya uğradı

İraqda ABŞ-a aid hərbi helikopter qəzaya uğrayıb.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, İraqın qərbində, Suriya ilə sərhəddə düşən helikopterlə bağlı ABŞ ordu rəsmiləri məlumat verib. Helikopterdə 7 nəfər olub. Bildirilir ki, onlar konkret döyüş tapşırığı yerinə yetirmək məqsədilə ərazidə olmayıblar.

Qeyd edək ki, bölgəyə xilasetmə dəstələri göndərilib. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Gülşən