ABŞ-ın qaradərili vətəndaşı Corc Floydun ölümü ilə əlaqədar istintaq Minnesota qubernatoru Timoti Volsun tələbi ilə dövlət prokuroru Keyt Ellisona təqdim edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə CBS News məlumat verib. İstintaqa FTB də cəlb edilib. Buna qədərsə işə rayon prokuroru baxırdı.
Xəbər verildiyi kimi, Floydun qətlindən sonra başlayan etiraz və iğtişaşlar səbəbindən artıq ABŞ-da 1,7 min insan nəzarətə alınıb. Polislərdən biri saxlanılan afroamerikalının boğazına dizini dirəyib. Floyd nəfəs ala bilmədiyini qışqıraraq deyib, amma sözü qulaqardına vurulub. Qaradərili xəstəxanada ölüb.
Alpər
Şərhlər