Ölkə 20:40 19.06.2019

ABŞ-ın Azərbaycandakı Səfirliyi maşınlarını satışa çıxarır

İyunun 21-də ABŞ-ın Azərbaycandakı Səfirliyi ikinci əl avtomobillər üzrə qapalı hərrac keçirir.

"Report”un əldə etdiyi məlumata görə, hərrac 09:00 - 11:00 arasında ABŞ səfirliyinin Məmmədşərif Həmidov 51 üvanında yerləşən anbarında baş tutacaq.

Hərracın qaydaları, eləcə də avtomobillər ilə həmin vaxt müddətində tanış olmaq mümkündür. Qalib gəlmiş şəxslər mütləq şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan Manatı ilə nağd şəkildə dərhal həyata keçirməlidir.