Dünya 10:25 19.07.2017

ABŞ-ın işıq sürətinə sahib lazer silahı (FOTOLAR)

ABŞ-ın səssiz və görünməz lazer silahı CNN jurnalistlərinin iştirakı ilə ictimaiyyətə təqdim edilib.

"Qaynarinfo" xəbər verir ki, "LaWS" adlı lazer silahı sınaqdan keçirilib və pilotsuz təyyarə saniyə içində məhv edilib. Elmi-fantastik filmləri gerçəyə çevirən silahdan bir atəş etmək 1 dollara başa gəlir. "LaWS" digər qitələrarası ballistik raketlərdən 50 min dəfə daha sürətlidir. 40 milyon dollar dəyərində olan silahdan istifadə etmək üçün elektrik enerjisi kifayət edir. 3 nəfərin iştirakı ilə həyata keçirilən atış zamanı hədəf minlərlə dərəcə temperatur istiliyə məruz qalır və məhv olur. 

"Pentagon"un raketləri hədəf ala biləcək ikinci nəsil lazer silahı üzərində çalışdığı deyilir. 

Gülşən

Qaynarinfo.Az