Foto 17:54 27.03.2019

ABŞ-ın Minnesota ştatında Novruz şənliyi (FOTO/VİDEO)

ABŞ-ın Minnesota ştatında bir il əvvəl yaranan Azerbaijani Association of Minnesota (AAM) Novruz bayramını təşkil edib.

Qaynarinfo xəbər verir ki, son üç il Minnesota da təşkil olunan Novruz bu səfər tam fərqli olub. İlk dəfə Minnesota tarixində Novruz bayaramı Çikaqoda yaşayan azərabaycanlılarla birğə baş tutub.

Bu birliyin təşşəbüskarı AAM presidenti Günel Musəvi idi. Təklif Güneldən gəlsədə Çikaqoda yaşayan azərbaycanlıları toplayın Minneapolis-a qətirən Emin Səfərov soydaşımız olub. Novruz bayramın şənliyin təşkilatında AAM-in maliyyə direktoru Muxtar Nəsirov da kömək edib.

Tədbirdə yüzə yaxın həmvətənlərimiz toplanmışdır. Novruz tədbirində geniş program təqdim olunub. Canlı skripka Gassan Guzeynzade ifasında, tar ifası Polad Həmidovun təqdimatında, canlı pianio və sintezatr Muxtar Nəsirovun ifasında, və "O Səs Türkiyə” yarım final iştrakçısı Leyla Rəhimova da çıxış edib. Gecədə əyləncəli yarışmalar və Novruz ənənəsi olan yumurta döyüşmə yarışması təşkil olunub.

Daha sonra Yusif Musəvinin özəl olaraq Novruz üçün boya ilə çəkdiyi rəsimlər auksiona çıxarılıb. Hər üç rəsim Çikaqo və Kenturki də yaşayan soydaşlarımıza satılıb. Əldə olunan gəlir AAM gələcək tədbirlərin təşkilat xərclərinə sərf olunacaq.