Dünya 12:54 12.09.2017

ABŞ-ın yeni İran planı

ABŞ Milli Təhlükəsizlik Komissiyası tərəfindən hazırlanan İran strategiyası prezident Donald Trampa təqdim olunub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, yeni strategiya müdafiə naziri Cim Mattis, xarici işlər naziri Reks Tillerson, Milli Təhlükəsizlik katibi Makmaster tərəfindən hazırlanıb və ötən cümə günü prezidentə təqdim edilib. 

Plana əsasən, ABŞ rəsmi Tehranın ballistik raket proqramı, Suriya, İraq, Yəməndəki siyasəti, kiber casusluq, nüvə strategiyası və s. məsələlərə qarşı mübarizə aparmağı planlaşdırır. 

Yeni strategiyanın sentyabrın sonu qəbul edilib ictimaiyyətə açıqlanması gözlənilir.

Gülşən

Qaynarinfo.Az