ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilib.
TASS agentliyi xəbər verir ki, ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb.
ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris də təntənəli şəkildə and içərək yeni işinə start verib.
Hər iki siyasətçi ABŞ Konstitusiyasına və ölkəyə sədaqət andı içib.
Dünyaca məşhur müğənni Ledi Qaqa tədbirdə ABŞ-ın himnini ifa edib.