Bu haqda prezident Barak Obama məlumat verib
ABŞ prezidenti Barak Obama Corcia Texnoloji İnstitutunda etdiyi çıxışında prezidentliyinin ikinci dövründə mübarizə edəcəyi ən böyük problemin qlobal iqlim dəyişikliyi olduğunu açıqlayıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Obama iqlimdə baş verən dəyişiklik və ekoloji problemlərlə mübarizə üçün ölkədə yeni qaydaların tətbiq olunacağını bildirib.
O, işə karbon qazının konsentrasiyasının artmasına səbəb olan kömürlə işləyən istilik stansiyalarından başlayacağını bildirib.
Obama vəziyyətdən həm prezident, həm də bir övlad atası kimi narahat olduğunu vurğulayıb: “Prezident, bir ata və amerikalı olaraq bunu söyləmək üçün buradayam. Hərəkətə keçməyə ehtiyacımız var. Məsələ çox gec olmadan hərəkətə keçməyə cəsarətimiz olub-olmadığıdır”.
Obamanın çıxışı birmənalı qarşılanmayıb. Prezidentin çıxışından dərhal sonra kömür istehsalının inkişaf etdiyi ştatların nümayəndələri və respublikaçı bəzi senatorlar Obamanı kömür sahəsinə zərbə vurmaqda günahlandırıblar. Onlar Obamanın gəlirinin çoxunu kömür istehsalından əldə edən respublikaçı ştatlara qarşı qəsdən belə rəftar etdiyini iddia ediblər.
Qeyd edək ki, ABŞ-da təkcə bu il 290-na yaxın kömürlə işləyən istilik stansiyası bağlanılıb.
Qaynar.info
Şərhlər