Dünya 10:01 01.11.2019

ABŞ İrana qarşı növbəti sanksiya qərarını açıqladı

ABŞ İrana qarşı yeni sanksiya qərarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Katibi Mayk Pompeo açıqlama ilə çıxış edib. Sanksiyalar İran İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətindəki inşaat sektorunu, İranın nüvə və ballistik raket proqramında istifadə etdiyi 4 materialın ticarətini əhatə edəcək. 

Qeyd edək ki, ABŞ İranın Mərkəzi Bankı, dini lider Ayətullah Əli Xameney, XİN rəhbəri Cavad Zərif, həmçinin ordunun vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edir.

Gülşən