Siyasət 22:52 13.10.2017

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH)  qarşı yeni sanksiyalar tətbiq edib.

"Qaynarinfo"nun məlumatına görə, Nazirliyin rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir ki, SEPAH terroru dəstəkləyən təşkilaların siyahısına daxil edilib. 

Bundan əlavə, sanksiyalar İranın “Fanamoj”, “Rastafann”, “Ertebat Engineering Company” və “Shahid Alamolhoda Industies” şirkətlərinə də şamil olunub.

Qaynarinfo.Az